18 Fevral 2018 11:40
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Bakıxan Zeynalov saxlanılıb.

Onun ötən ilin dekabr ayında rayon ərazisində 1 avtomobildən akkumulyator, 2 evdən pul və qızıl əşya oğurlaması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov