18 Fevral 2018 19:25
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda bir gündə iki evdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxslər Lənkəran şəhəri, M.M.Axund küçəsindəki fərdi yaşayış evlərindən birinə gizli yolla daxil olaraq oradan 2000 manat dəyərində məişət əşyaları oğurlayıblar.

Ev sahibi baş verən oğurluq hadisəsi ilə bağlı polisə məlumat verib. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törədənlər həbs edilib.

Müəyyən edilib ki, şəhər sakinləri Anar Liftiyev və tanışı Farid Bəşirov həmin evdən oğurluq ediblər.

Aparılan tədbirlər zamanı onların həmçinin şəhərin Z.Əliyeva küçəsindəki evlərdən birindən də 1500 manat dəyərində məişət əşyalarını oğurladıqları müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov