20 Fevral 2018 10:19
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Qazax rayonunun Ağkönək kənd sakini Amil Eminov və Bakı sakini Ruslan Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, adı çəkilənlər Qazax rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər. Onlardan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amil Eminov 7 il, Ruslan Yusifov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.


Müəllif: Hacı Zeynalov