20 Fevral 2018 18:32
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda üç qadına qarşı cinayət törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayı ərzində 3 qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ümidbəy Babayev saxlanılıb.

Bundan başqa, paytaxt sakini olan daha bir qadının içərisində 62 manat pulu, mobil telefonu və açarı olan çantası soyğunçuluq yolu ilə əlindən alınıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Məcid Abbasov 29-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Oxşar cinayətin açılması üçün daha bir əməliyyatı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşları keçirib.

Əməliyyat tədbirləri nəticəsində isə yanvarın 17-də bir qadının içərisində 400 manat və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən Asif Quliyev saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha 2 qadının çantasından pulqabılarını oğurlaması da müəyyən edilib.

Hər üç faktla bağlı cinayət işləri başlanıb.


Müəllif: Hacı Zeynalov