20 Fevral 2018 18:59
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, fevralın 18-nə keçən gecə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və 1 mağazadan oğurluq edilməsi barədə məlumat daxil olub.

Məlumatla bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi müvafiq tədbirlər həyata keçirib. Araşdırmalarla karqo şirkətindən və mağazadan 150 manat pul, “Wi-Fi” aparatı, yaddaş qurğusu, mobil telefon, ev telefonu və qiymət çap edən aparatın oğurlandığı məlum olub.

Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Alıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov