22 Fevral 2018 11:24
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun mərkəzindəki Nizami Gəncəvi adına parkda 1990-cı il təvəllüdlu Nüsrət Əliyev bıçaqlanıb.

Yaralı ətrafdakıların köməyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, parkda Rafət adlı şəxs Nüsrət Əliyevin atası Hilal Əliyevlə mübahisə edib. Rafət Hilal Əliyevə qarşı təhqiramiz ifadələr işlədib, onu vurmaq istəyib.

Bu zaman orada olan Nüsrət Əliyev araya girib. Nəticədə Nüsrət Əliyev bıçaq xəsarəti alıb.

Hadisəni törədən şəxs oradan qaçsa da, Qax rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov