25 Fevral 2018 23:32
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, rayonunun Qazıqumlaq kəndindəki evlərin birindən 1600 manat dəyərində qızıl əşyalar və 2 ədəd televizor oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Həmid Məhərrəmov və Sərdar Zakirov polis əməkdaşları tərəfindən tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov