25 Fevral 2018 22:14
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 360 manat pul və məişət əşyaları oğurlanıb.

Siyəzən rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Günel Quliyeva və bacısı Pərvanə saxlanılıblar.


Müəllif: Hacı Zeynalov