25 Fevral 2018 23:01
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluq və dələduzluq etməkdə təqsirli bilinən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabir Quliyev tutulub.

Sabir Quliyevin cari il yanvarın 10-da Gəncə şəhəri ərazisində 1 avtomobildən akkumulyator, 1 qadının mobil telefonunu oğurlaması, 1 nəfərə qarşı dələduzluq etməsi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov