26 Aprel 2014 12:12
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada azərbaycanlıların iştirakı ilə kütləvi dava olub.

Dünən baş verən insident “Tabak” mağazasında qeydə alınıb. Belə ki, səkkiz azərbaycanlı mağazaya hücum edərək onun sahibi 49 yaşlı Zeynalov İ.M oğlunu güllələyiblər. Onlar iki dəfə həmyerlilərinin sinəsinə atəş açıblar, lakin Zeynalov müqavimət göstərməyə davam edib. Güllə qurtardıqda isə xuliqanlar bıçağa əl atıblar. Zeynalov da bıçağa əl atıb, lakin təsadüfən öz qohumu, onun yanında satıcı işləyən 37 yaşlı Abbasov R. Q oğlunu yaralayıb.

Abbasovu yaralı halda xəstəxanaya yerləşdirsələr də Zeynalov “təcili yardım” maşınında keçinib.

Polislər hadisə yerindən qaçan "VAZ-21144” avtomobilini izləyiblər və 23 yaşlı azərbaycanlı O.Əliyevi yaxalaya biliblər. Hazırda mağazaya hücum edən digər xuliqanlar da axtarışdadır.

Onlara “Adam öldürmə” və “silah saxlama” maddələri ilə cinayət işi açılıb.
/Qafqazino.az/


Müəllif: