7 Avqust 2014 12:30
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi dənizdə beş azyaşlı uşağın boğulması ilə bağlı rəsmi məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, hadisə avqustun 6-da Xəzər rayonu Şimal Dres qəsəbəsinin çimərliyində qeydə alınıb. Qəsəbə sakinləri Aydan Fərziyeva, qardaşı Hüseyn, Kəmalə Əliyeva, qardaşları Elgün və Fariz çimərkən suda boğulublar.

A.Fərziyevanın, H.Fərziyevin və E.Əliyevin meyitləri sudan çıxarılıb, digərlərinin meyitlərinin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Hacı Zeynalov


Müəllif: