7 Avqust 2014 13:43
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən şəhər sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən şəhər sakini Elçin Əsgərov 4,506 qram tiryəki satarkən tutulub. Ona məxsus “Runna” markalı avtomobilə baxış zamanı isə 1 ədəd beşbarmaq aşkar edilib.

Hacı Zeynalov


Müəllif: