26 Aprel 2014 13:18
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda yerləşən gecə klubunda dava bıçaqlamma ilə nəticələnib.

Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Bakı şəhər sakini Ceyhun Həsənov gecə klubunun sahibi Meybulla Meybullayevi bıçaqlayıb. Mehbulla Meybullayev xəstəxanaya yerləşdirilib.

39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Həsənov tutulub. Münaqişə gecə klubunda həddən artıq yüksək olan hesab üstündə yaranıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: