8 Avqust 2014 09:10
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələdə iki "Mersedes" toqquşub, iki nəfər ölüb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı - Oğuz yolunun 225-ci km-də Qəbələ rayonu ərazisində vətəndaşlara məxsus "Mersedes" markalı 2 minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, minik avtomobillərindən biri deformasiyaya uğrayıb, sürücü və 1 sərnişinin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: