8 Avqust 2014 10:00

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Maştağa-Buzovna yolu, Albalılıq adlanan ərazidə qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakini Faiq Hilalov idarə etdiyi “Azsamand” markalı avtomaşını ağaca çırpıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Asim Quliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...