8 Avqust 2014 10:05

Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, Yavər Nuriyevin idarə etdiyi “Opel” markalı minik avtomobili hərəkətdə olarkən sərt döngədə qəfildən idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Onun avtomobildə olan həyat yoldaşı Püstəxanım Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerlşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...