8 Avqust 2014 11:04

Saatlı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Novruzlu kəndi ərazisində qeydə alınıb. Sabirabad sakini Allahyar Məlikov idarə etdiyi “VAZ-2106” markal avtomobil idarə etmə nəticəsində su kanalına düşüb.

Nəticədə avtomobildə olan sərnişinlər Heydər Məlikov və Ramin Məlikov dünyasını dəyişib. Sürücü və digər sərnişin Əhməd Əbilov isə m Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...