16 Mart 2018 11:36
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sərliyi ilə baş tutan prosesdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, iş üzrə zərərçəkmiş Elnur Məmmədovun məhkəməyə gəlmədiyi elan edilib.

Həmçinin ötən prosesdə əlavə şahid qismində çağrılmış “Zaminbank”ın müdiri Nadir İsrafilov da məhkəməyə gəlməyib.

Hakim təqsirləndirilən şəxsə sual verərək zərərçəkmişə ziyanın ödənilib-ödənilməsi ilə maraqlanıb. Elnur Heybətovun vəkili Vasif İsrafilov bildirib ki, ziyan əvəzinə Elnur Məmmədova maşın təklif ediblər.

Növbəti proses martın 30-da davam edəcək.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 210 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. Rövşən Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

İstintaq sənədinə görə, Elnur Məmmədov işlə bağlı Röşən Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. Rövşən Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman pulun üzərində olmadığını görüb. Elnur Məmmədov buna inanmayaraq, Rövşən Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə Rövşən Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.

Onu da qeyd edək ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.


Müəllif: Hacı Zeynalov