16 Mart 2018 16:46
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ceyhun Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Ceyhun Şirəliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyulun 13-də Binəqədi rayonu ərazisində, Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusunu dayanacaqda arxaya verərkən Bakı şəhər sakini Eldar Kərimovu vurub.

Xəstəxanaya yerləşdirilən Eldar Kərimov orada vəfat edib.


Müəllif: Hacı Zeynalov