16 Mart 2018 21:44
2 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda mübahisə cinayətlə nəticələnib.

Teleqraf.com xəbər verir ki, rayonun NZS qəsəbəsində bir qrup şəxs arasında baş verən dava zamanı 2000-ci il təvəllüdlü Fərid Mustafayev və 1998-ci il təvəllüdlü Zöhrab Əhmədov bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatlarını xilas etmək mümkün olub.

Hadisə şadlıq evlərindən birində toy məclisində baş verib. Rəqs etmək üstündə yaranan mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov