8 Avqust 2014 13:02
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda “KamAZ” oğurlayan həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu il yanvarın 29-da Bakı şəhər sakini Eşqin Həsənova məxsus qaçırılmış “KamAZ” markalı avtomobilin Şəki şəhərinin ərazisində hissələrə bölünməsi müəyyən edilib, lakin avtomobilin dövlət qeydiyyat nişanları tapılmayıb.

Avqustun 7-də qeyd edilən dövlət qeydiyyat nişanları üzərinə taxılmış “KamAZ” markalı avtomobil Nərimanov rayonu Z.Bünyadov prospektində hərəkətdə olarkən DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib. Görülmüş tədbirlər nəticəsində Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Hacı Zeynalov


Müəllif: