9 Avqust 2014 16:48
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədidə bir nəfər qətlə yetirilib, bir nəfər isə ağır xəsarət alıb.

Teleqraf.com Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 9-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Beyləqan rayon sakinləri Rəşad Əliyev və Səyavuş Orucov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər.

Nəticədə R.Əliyev orada ölüb.

Hadisəni münaqişə zəminində törətmiş qəsəbə sakini Elnur Tahirov Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulub.


Müəllif: