9 Avqust 2014 14:58
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 8-i saat 19 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini Qədir Ağayev idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolda velosiped sürən Yeni Bəhrəmtəpə qəsəbə sakini Ceyhun Fətəlizadəni vurub.

Teleqraf.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş C.Fətəlizadə orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırmalar aparılır.


Müəllif: