10 Avqust 2014 15:09
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki ağır yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə nəticəsində 10 nəfərin yaralandığı deyilir.

Bu faktı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Lent.az-a təsdiq edib.

Qəzalardan biri Nizami rayonu, Babək prospektində qeydə alınıb. İki avtomobilin toqquşması 4 nəfərin ağır yaralanmasına səbəb olub.

Digər qəza isə Xətai rayonunda baş verib. Nobel prospektində avtomobillərin toqquşması 6 nəfərin xəsarət alması ilə nəticələnib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.


Müəllif: