15 Aprel 2018 15:30
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Gülçülük sovxozu küçəsində 1992-ci il təvəllüdlü Bəhruz Məmmədov naməlum şəxslə mübahisə edib.

Həmyaşıdı ilə mübahisə medən Bəhruz Məmmədov bıçaq xəsarəti alıb.

Yaralı ağırvəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilasetmək mümkün olub.

Bəhruz Məmmədovun ürək nahiyəsindən xəsarət aldığı məlum olub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, Bəhruz Məmmədov tanımadığı şəxslə qız üstündə yaranan mübahisə zamanı dava edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq gedir.


Müəllif: Hacı Zeynalov