15 Aprel 2018 18:44
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini olan N.Məmmədzadə naməlum şəxsin hücumuna məruz qalıb.

Məlumata görə, N.Məmmədzadə aprelin 13-də, saat 17 radələrində bankomatdan pul çıxarıb.

Daha sonta evə gedərkən yaşadığı binanın blokunun girişində naməlum şəxs ona hücum edib.

Həmin şəxs N.Məmmədzadəyə hədə-qorxu gəlib, onun üzərindəki 143 manatını alıb.

Zərərçəkmiş baş verən olayla bağlı 29-cu polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Hüseynov saxlanılıb.

Saxlanılan şəxs N.Məmmədzadəni bankomatdan pul çıxararkən gördüyünü və izləyərək bu əməli törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov