15 Aprel 19:44

Astara rayonunda qadına qarşı soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun mərkəzində Səlivə kənd sakini M.Qafarova naməlum şəxsin hücumuna məruz qalıb.

Naməlum şəxs ona zor tətbiq edib və mobil telefonunu alıb.

Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən rayon sakini Sirac İbrahimov saxlanılıb.


Müəllif: Hacı Zeynalov
Загрузка...