15 Aprel 2018 20:30
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda avtomobildən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində Bakı şəhər sakini Samran Qədirova məxsus “Toyota” markalı avtomobildən 500 manat dəyərində qızıl boyunbağı oğurlanıb.

29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aoğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüstəm Rüstəmov saxlanılıb.

Bundan başqa, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Akif Hüseynov tutulub.

Onun cari il rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlaması müəyyən edilib.

Son bir neçə gündə Nəsimi rayonunda üç avtomobildən edilən oğurluq hadisələrinin də üstü açılıb.

21-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Hüseynov saxlanılıb.

Bundan əlavə, paytaxtda oğurluq etdiyinə görə tutulan Rəvan Abdullayevin ətrafında Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırma aparılıb.

Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 4-də R.Nəbiyevə məxsus “Nissan” markalı avtomobildən 150 manat pul, martın 28-də isə K.Ağayevə məxsus “Toyota” markalı avtomobildən 40 manat pul və bankomat kartı oğurlaması müəyyən edilib.

Bütün faktlar üzrə araşdırmalar davam edir.


Müəllif: Hacı Zeynalov