15 Aprel 2018 21:14
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Feyzulla Nəsirova məxsus “Mercedes” markalı avtomobildən akkumulyator oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Anar Məlikov saxlanılıb.

Onun martın 25-də rayon ərazisində daha 1 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov