15 Aprel 2018 17:44
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda mal-qara oğurluğu edən həbs edilib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Elnur Hüseynova məxsus 42 baş qoyunu oğurlanması barədə Xızı rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini İlqar Rüstəmov saxlanılıb.

İstintaq araşdırması zamanı onun əvvəllər də məhkum olunduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov