15 Aprel 16:58

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki telefon mağazaların birindən mobil telefonlar və ona aid aksesuarlar oğurlanıb.

19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini Taleh Mayılov və Qobustan rayon sakini Röyal Məmmədyarov saxlanılıblar.


Müəllif: Hacı Zeynalov
Загрузка...