16 Aprel 18:37

Gəncə şəhərində oğurluqla məşğul olan dəstə üzvləri həbs edilib.

Teleqraf.com xəbər verir ki, şəhər sakini olan bir nəfər “VAZ-2106” markalı avtomobilinin gecə saatlarında qaçırıldığını bildirib.

Məlumatla əlaqədar Kəpəz rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri aparıb.

Avtomobil Gülüstan qəsəbəsinin ərazisində tapılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Gəncə şəhər sakinləri Sərxan Mahmudov və əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanov olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov
Загрузка...