17 Aprel 2018 15:03
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Anar Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində "Night Office" gecə klubunda Kamran Hüseynov adlı şəxsin qıza sataşdığını əsas gətirərək döyüb.

Kamran Hüseynovun müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Anar Məhərrəmovun üzrərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək, götürülüb.

Anar Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" kimi tanınıb.


Müəllif: Hacı Zeynalov