18 Aprel 2018 11:11
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq və xuliqanlıq etməkdə təqsirli bilinən Ayaz Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Ayaz Babayev 3 il 6 ay müddətinə azdlıqdan məhrum edilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib. Ayaz Babayev məhkəmə zalında həbs olunub.

İttihama görə, Ayaz Babayev Nəsimi rayon ərazisində yerləşən “Muğan” bağında Xəyyam Qiyasbəylinin yanında əyləşib və onunla söhbət edib. Bu zaman Xəyyam Qiyasbəyliyə zəng gəlib.

Lakin o, telefonun kodunu aça bilməyib və telefonunun kodunu açmaqda Ayaz Babayevdən kömək istəyib.

Bu səbəbdən Xəyyam telefonu Ayaz Babayevə verib. Telefonu götürən Ayaz Babayev oradan uzaqlaşmaq istəyib. Bu zaman Xəyyam Qiyasbəyli onun pencəyindən tutub.

Bundan əsəbləşən Ayaz Babayev onu yumruq-təpiklə vurub, hadisə yerindən uzaqlaşıb.

Xəyyam Qiyasbəylinin hüquq-mühafizə orqanlarına şikayəti əsasında Ayaz Babayevin barəsində cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov