18 Aprel 2018 13:47
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, rayonun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilən Şüşan Sumxayeva orada ölüb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mişi Miqirov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov