20 Aprel 2018 11:21
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirli bilinən Zahid Məmiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən Nəsir Əkbərov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Nəsir Əkbərova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

İstintaq orqanı tərəfindən Zahid Məmiyevin barəsində Cinayət Məcəlləsinin 120.2-ci (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Növbəti proses mayın 2-də davam edəcək.


Müəllif: Hacı Zeynalov