21 Aprel 2018 16:33
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib, pul və qızıl əşyalar vermələrini tələb edib.

Həmin şəxslər istədiklərinə nail ola bilmədiklərindən Nəcəfəli Ağayevi döyüb, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetiriblər. Sonra hadisə yerini tərk ediblər.

42-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlilər, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.

Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.


Müəllif: Hacı Zeynalov