21 Aprel 2018 17:55
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində saxta əsginas və narkotiklərin dövriyyəsinin qarşısını almaq məqsədilə əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər polis şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Lənkəran şəhər sakini Əli Həsənov həbs edilib.

Onun evinə baxış zamanı 24 ədəd 100 manatlıq və 45 ədəd 50 manatlıq saxta əsginas, habelə 0,216 qram heroin və 0,205 qram metamfetamin aşkar edilib.


Müəllif: Hacı Zeynalov