21 Aprel 2018 21:42
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini Ramin Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırılması barədə Kəpəz rayon Polis İdarəsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Sərxan Mahmudov, əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanov həbs edilib.

İstintaq araşdırması zamanı dəstə üzvlərinin digər cinayət əməllərinin də üstü açılıb.

Onların aprelin 12-də və 15-dək olan müddət ərzində Gəncə şəhəri ərazisində 3 avtomobildən akkumulyator, habelə digər “VAZ-2106” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov