21 Aprel 2018 21:14
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt və Qubada oğurluqda şübhəli bilinən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının əməliyyatı nəticəsində şəhər ərazisindəki evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Davud Mehbalıyev və Zaur Feyziyev saxlanılıblar.

Bundan başqa, Quba rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1600 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Sabir Orucov, Taleh Abıyev və Qalib Əlibəyov tutulublar.

Qalib Əlibəyovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Zöhrab Həsənovla birgə daha bir evdən 700 metr elektrik naqili oğurlaması müəyyən edilib.

Görülmüş tədbirlərlə Zöhrab Həsənov saxlanılıb.


Müəllif: Hacı Zeynalov