23 Aprel 2018 16:00
2 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:20

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu gün hökmün elan edilməsi başlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiya bir aydan artiq keçirdiyi müşavirəni başa çatdırıb və təqsirləndirilən şəxslərin barəsində hökm elan etmək üçün məhkəmə zalına gəliblər.

Təqsirləndirilən şəxslər prosesə konvoyun müşayiəti ilə gətiriliblər. Onlardan biri Natəvan Mirvətova polis nəzarərində oıduğu üçün sərbəst qaydada özü məhkəməyə gəlib.

Natəvan Mirvətova jurnalistlərə açıqlama verməyib və danışmayacağını deyib.

Prosesə cinayət işi üzrə zərərçəkmişlər də gəlib. Onların hökmün elanına qulaq asmalarına şərait yaradılıb. Jurnalistlər prosesə buraxılmayıb. Buna cinayət işində bəzi dövlət sirlərinin olması əsas gətirilib.

Generalların hökmü Sabunçu rayon Məhkəməsinin inzibatı binasında elan edilir. Bu, təhlükəsizlik tədbirləri ilə bağlıdır. Məhkəmənin binası xüsusi olaraq ciddi mühafizə olunur. Məhkəməyə gələnlər əvvəlki günlərə nisbətən daha ciddi yoxlanılır.

***

15:41

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi generallarına və digər şəxslərə məhkəmə hökm elan edib.

Məhkəmənin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

***

Məhkəmədə hökmün elanı davam edib.

Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxsl'r məhkəmə iclas zalından azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov