11 Avqust 2014 16:28
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 7 ay əvvəl baş verən qətlin üstü açılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 20-də Maral İsmayılzadənin qətlə yetirilməsində şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Arzu Quliyev həbs edilib.

Onun həyətyanı sahəsinə baxış zamanı orada kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 633 kq 300 qr olan 108 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Qeyd edək ki, fevralın 20-də, saat 21 radələrində şəhərin Dədə Qorqud küçəsi bina 30 mənzil 35-də baş verib. Məlumata görə, mənzildə yanğın baş verməsi barədə idarəyə məlumat daxil olub. Dərhal yanğınsöndürənlər hadisə yerinə yollanıb. Alovun qarşısı alınsa da, mənzildən 1947-ci il təvəllüdlü Maral İsmayılzadənin meyiti aşkarlanıb. Gəncə şəhər Prokurorluğunun və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır. İlkin məlumata görə, qadın qətlə yetirilib, sonra isə mənzili yandırılıb.

Hacı Zeynalov


Müəllif: