26 Aprel 2018 16:26
3 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda alimin evindən külli miqdarda pul və qızıl oğurlamaqda təqsirli bilinən Xanım Zeynalova və Aqşin adlı şəxsin cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teleqraf.com xəbər verir ki, cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 30-na təyin edilib.

İttihama görə, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologyia elmləri doktoru Aybəniz Əliyevanın Nəsimi rayonundakı mənzilindən qulluqçu işləyən Xanım Zeynalova 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlayıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində mənzildən 29 ay müddətində oğurluq etmiş Xanım Zeynalova tutulub və onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İstintaq zamanı Xanım Zeynalova oğurluğu Aqşin adlı tanışı vasitəsi ilə törətdiyi məlum olub.

Ümumilikdə təqsirləndirilən şəxslər zərərçəkmişin 539 min dollarını və 179 min manat məbləğində qızıl-zinət əşyasını (cəmi 1095003 qəpik) ələ keçiriblər.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov