11 Avqust 2014 16:47
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunun Ürkməzli kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kənd sakini Bayram Osmanov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb. Nəticədə B.Osmanov və sərnişini Toğrul Allahverdiyev xəstəxanaya yerləşdirilib. B.Osmanov orada ölüb.

Hacı Zeynalov


Müəllif: