12 Avqust 2014 11:52

Daxili İşlər Nazirliyi AXCP üzvü Natiq Ədilovun qardaşının həbsinə aydınlıq gətirib

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Xəlfəli kənd sakini Murad Ədilovdan 114,2 qram həşiş və 7,4 qram marixuana aşkar edilərək götürülüb.


M. Ədilovun yaşadığı evə baxış zamanı isə 685 qram marixuana aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.


E. Zahidov deyib ki, M. Ədilovun həbsinə siyasi don geyindirmək doğru deyil: “Murad Ədilov konkret cinayət faktına görə tutulub. Buna siyasi don geyindirmək düzgün deyil. Ortada cinayət faktı var və o, bu fakta görə məsuliyyətə cəlb olunub”.

/APA/


Müəllif:
Загрузка...