16 May 2018 12:43
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, mayın 14-də Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə Bahar qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Zərərçəkmiş ev sahibi bildirib ki, bir müddət əvvəl özünə məxsus 4 ədəd televizor, 2 divan, 2 kreslo, 2 xalça və digər məişət əşyalarını saxlamaq üçün tanışının evində yerləşdirib.

Ev sahibi isə həmin evi kirayə veribmiş. Bu yaxınlarda həmin əşyaları götürməyə gələndə onları tapmayıb. Kirayədə qalan şəxs isə həmin əşyalardan xəbəri olmadığını deyib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və şübhələr mənzildə kirayədə yaşayan Ucar rayon sakini Pünhan İbadovun üzərində cəmləndiyindən o, saxlanılıb.

Törətdiyi cinayət əməlini etiraf edən bu şəxs 2 ildir ki, həmin mənzildə kirayədə yaşadığını, son bir neçə ay ərzində həmin avadanlıqları tək-tək satdığını bildirib.

Qeyd olunan məişət əşyalarını əşyalarının hamısı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov