17 May 2018 10:39
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilib.

​Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Həsənabad qəsəbəsinin sakini Tərlan Həsənov saxlanılıb.

Rayon mühafizə bölməsinin əməkdaşları ilə birgə ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 540 ədəd çətənə kolu aşkar edilib.

Əməliyyatın davamı olaraq Tərlan Həsənovun yaşadığı evdən çəkisi 51 qram olan narkotik tərkibli bitki toxumları və 27 ədəd qurudulmuş qoza aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov