17 May 2018 12:38
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Bəhruz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyil ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Bəhruz Eyvazov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Onun avtomobil idarə etmək hüququndan ömürlük məhrum edilməsi barədə qərar qəbul edilib.

Məhkəmə zərərçəkmişin mülki iddiasını qismən təmin edib.

Mərhum Təranə Babaşova üçün çəkilən xəstəxana xərclərinə görə 17500 manat, mənəvi zərər görə isə 4 min manatın Bəxtiyar Eyvazovdan tutulması və zərərçəkmiş şəxsin hüquqi varisi Müzəffər İsmayılova ödənilməsi ilə bağlı qərar qəbul edilib.

İttihama görə, ötən il sentyabrın 27-də Nizami rayonunun Q.Qarayev prospektində Yardımlı rayon sakini Bəhruz Eyvazov idarə etdiyi “Saz” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Təranə Babaşovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada noyabrın 28-də orada ölüb.


Müəllif: Hacı Zeynalov