17 May 2018 16:01
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kütləvi davanın günahkarlarıdan olan Səid Abbasov və Orxan Səfərovun cinayət içi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə Orxan Səfərovun vəkili Ceyhun Yusifov çıxış edib.

O, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar günahsız olduqlarını bildiriblər. Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər hökm elan edib.

Səid Abbasova 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. Orxan Səfərov barəsində isə bəraət hökmü çıxarılıb. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

İttiham görə, təqsirləndirilən şəxslər Bakıda bir qrup şəxslə birlikdə tanışı olan şəxsə qarşı xuliqanlıq ediblər, ona ağır dərəcəli bədən xəsarəti yetiriblər.


Müəllif: Hacı Zeynalov