17 May 2018 19:38
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 3 uşağı bıçaqlayaraq qətlə yetirən dayəyə hökm oxunub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Nyu York məhkəməsi 56 yaşlı qadını ömürlük həbs cəzasına məhkum edib.

Hakim hökmü açıqlamamışdan əvvəl 6 yaşlı qız və 2 yaşlı oğlan uşaqlarını öldürən Jozeln Orteqanı “şeytan” adlandırıb.

Qərara əsasən, qatil qadın ağır şərtləri olan həbsxanalardan birinə göndərilib.


Müəllif: Teleqraf.com